Medianews.az
Yanlış göndərilən mesaj xəyanəti üzə çıxardı -
127 baxış

Yanlış göndərilən mesaj xəyanəti üzə çıxardı - FOTO

Türkiyədə bir qadın həyat yoldaşının səhvən ona göndərdiyi mesaj sayəsində aldadıldığını öyrənib.

Medianews.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İddiaya görə, kişi başqa birinə göndərmək istədiyi “Həyat yoldaşım rayona gedəndə sənə xəbər verəcəyəm” məzmunlu mesajı səhvən həyat yoldaşına yollayıb. Bu ifadə qadında şübhə yaradıb və o, məsələni həyat yoldaşından soruşub.

Sonrakı yazışmalarda kişinin vəziyyəti ört-basdır etməyə çalışdığı, mesajın yanlış anlaşıldığını iddia etdiyi məlum olub. O, bunu evdə təmir işləri ilə əlaqələndirməyə cəhd edib.

Qadının paylaşdığı yazışmalar qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İstifadəçilərin əksəriyyəti mesajı açıq şəkildə xəyanət əlaməti kimi qiymətləndirib.

Medianews.az

 

Bizə qoşulun