Ağdam rayonunun bir qrup sakini həmyerliləri, dünya şöhrətli alim Rafiq Əliyevi ABŞ-ın ən böyük elm mükafatlarından birinə, “Lifetime achievement award” – “Dünya elmində ömürlük nailiyyət” mükafatına layıq görülməsi münasibətilə təbrik ediblər.
Təbrik müraciətində deyilir: “ Çox hörmətli Rafiq müəllim! Qarabağın erməni işğalında olmasının mənəvi və iqtisadi zülmü altında olsaq da, bizi yaşamağa və mübarizə aparmağa ruhlandıran amillərdən biri də Sizin varlığınızdır. Sizin elmdəki hər bir nailiyyətiniz bizə yeni ruh verir. Amerika Birləşmiş Ştatlarının ən böyük elm mükafatlarından birinə layiq görülməyiniz haqqında məlumatı böyük sevinclə qarşıladıq və bir daha Sizinlə qürur duyduq. Bizə bu qüruru yaşatdığınıza görə sizə dərin sevgimizi və minnətdarlığımızı çatdırırıq. Uca Allahdan Sizə möhkəm can sağlığı, yeni-yeni uğurlar arzu edirik”.
Medianews.az olaraq təbriklərə və xoş arzulara qoşuluruq. Görkəmli şəxsiyyət və məşhur elm adamı olan Rafiq Əliyevə bütün işlərində müvəffəqiyyətlər diləyirik!