Medianews.az
Ermənilər 3 tovuzlunu güllələdi - VİDEO
504 baxış

Ermənilər 3 tovuzlunu güllələdi - VİDEO

cebhe Ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutublar. ANS PRESS-in bölgə müxbiri xəbər verir ki, ermənilərin açdığı atəş nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb. Yaralılardan 45 yaşlı, 3 uşaq anası Ənayət Totan qızı Əliyeva yaşadığı evin qapısı ağzında güllələnib. Digər kənd sakini, 72 yaşlı Qaraqız Qara qızı Nağıyeva yaralanıb. Ermənilərin atdığı güllə onun nəvəsi, 5 yaşlı Nurcan Osman qızı Nağıyeva ayağından dəyib. Qeyd edək ki, atışma axşam saatlarına kimi davam edib.

Bizə qoşulun