Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Antalya şəhərində Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirib.
Medianews.az xəbər verir ki, Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüş zamanı Prezident İlham Əliyev Əhməd əş-Şaraanı Azərbaycana rəsmi səfərə dəvət edib.
Dəvət Suriya tərəfi tərəfindən məmnunluqla qəbul olunub.//Patrul.az


