krayna hökuməti Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin ölkəyə girişini qadağan edib. ANS PRESS-in məlumatına görə, Ukraynaya girişi qadağan edilən 100 nəfər arasında Vladimir Jirinovskinin də adı var.
LDPR lideri Ukrayna hökumətinin sözügedən qərarına münasibətini açıqlayıb.
“Bu qərar Ukraynanın indiki hakimiyyətinin zəifliyini göstərir. Demokratiya-vətəndaşların söz azadlığıdır. Əgər fikirlərim onların xoşuna gəlmirsə, niyə demokratik həyat tərzinə keçiblər. Bu gülməlidir. Hər gün ABŞ-ı “yuyub-sərirəm”. Lakin Vaşinqton məni heç bir “qara siyahı”ya salmır”, Jirinovski deyib.
Qeyd edək ki, LDPR lideri Vladimir Jirinovski bu gün Dövlət Dumasının plenar iclasına Rusiya Silahlı Qüvvələrinin polkovniki formasında gəlmişdi. “Formanı ona görə geyinmişəm ki, Ukraynada hərbi xunta paltarını dəyişib. Turçinov və başqaları onları kamuflyaj ediblər”, Jirinovski bildrimişdi.