
Dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın Braziliyada keçirilən İtaliya-İspaniya matçındakı görüntüsü İranda qalmaqal yaradıb.
Müğənni “Barselona” klubunun oyunçusu, eyni zamanda İspaniya Milli Futbol Komandasının futbolçusu, sevgilisi Jerar Pikeni dəstəkləmək üçün tribunada əyləşib. Dünyanın bir çox ölkəsi kimi İran da “Konfederasiya Kuboku”nun matçlarını canlı verib. Şakiranın əl sallayarakən görüntüsü İran Dövlət Televiziyasından bir neçə saniyə yayımlanıb, bu isə ölkəni qarışdırıb.
“The Guardian”ın məlumatına görə, televiziyaların qadınların qollarını göstərən görüntüləri yayımlaması İranda qadağandır. İranlı mühafizəkarlar müğənninin islama zidd görüntüsünü yayımlayan dövlət televiziyasına “e-mail”, faks və telefon zəngləri ilə təzyig göstəriblər. Millət vəkilləri isə rəhbərlik haqda tədbir görülməsini təklif ediblər.
qafqaz.inf
