
«Xəzər Lənkəran» idman direktoru Babək Quliyev istefa verib. Fanat.az xəbər verir ki, bu barədə lent.az-a klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi açıqlamasında Quliyevin istefa ərizəsi ilə rəhbərliyə müraciət etdiyini bildirib. Lakin Cəbrayıloğlu hələ istefanın qəbul olunmadığını bildirib.
Qeyd edək ki, mayın 28-də «Neftçi» və «Xəzər Lənkəran» arasında Azərbaycan kubokunun finalından sonra baş vermiş qalmaqalla əlaqədar bakılıların rəisi Güloğlan Cabbarov da istefa vermişdi.
Onu da qeyd edək ki, Babək Quliyev bu ilin 25 fevralın «Xəzər Lənkəran»ın idman direktoru təyin olunmuşdu.