Medianews.az
Hökumət rəsmisi “qanuni oğru”ya görə işdən qovuldu
165 baxış

Hökumət rəsmisi “qanuni oğru”ya görə işdən qovuldu

Əziz Batukayevin həbsdən azad olunması ilə bağlı yaranan qalmaqal böyüyür 

Qırğızıstanda “qanuni oğru” Əziz Batukayevin həbsdən azad olunması ilə bağlı yaranan qalmaqal baş nazirin müavinin istefaya getməsi ilə nəticələnib. Şamil Ataxanovun vəzifəsini itirməsinin onun “qanuni oğru”nun vaxtından əvvəl həbsdən buraxılması ilə əlaqədar olduğunu bu ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətindən də təsdiqləyiblər. Baş nazirin müavini vəzifəsindən azad edilməsi ilə bağlı baş nazir Jantor Satıbaldıyevə ərizə ilə müraciət edib. 

Hadisə Batukayevin həbsdən azad edilərək təcili surətdə Çeçenistana getməsi ilə bağlı məsələni araşdıran parlament komissiyasının iclasında baş verib. Millət vəkilləri həmçinin baş prokurorun, Məhkəmə Qərarlarını İcrası baş İdarəsinin rəhbərinin və güc strukturlarını fəaliyyətindən cavabdeh olan baş nazirin müavininin istefasını tələb edirdilər. 

AzNews.az

 

Bizə qoşulun