Medianews.az
Prezidentliyə namizəddən Əli Kərimliyə ağır sözlər
106 baxış

Prezidentliyə namizəddən Əli Kərimliyə ağır sözlər

İki gün öncə prezidentliyə namizədliyini irəli sürən  keçmiş siyasi məhbus Vidadi  İsgəndərli artıq AXCP  sədri Əli  Kərimlini ittiham etməyə başlayıb. Facebook səhifəsində  yazdığı statusunda Vidadi İsgəndərli  AXCP sədrinə zəng etdiyini  və ondan sərt cavab  aldığını bildirib. Bundan sonra  AXCP sədrinə təhqirlər yağdıran  hüquq müdafiəçisi bunları yazıb." Bu  gün müxalifəti təmsil edən milli liderlərdən birinə  telefon etdim bilirsiniz mənə nə dedi? gündə ona 9 million adam zəng edir hamısına cavab verməliyəm?  Bəlkə də Elcibəyə etdiyiniz xəyanət unudulub ancaq mən siyasi karyeranı tapdalıyaram sənə salam verməzlər .Mənim əqidəmdə,amalımda,ideyamda ,sənin məkirli ideyandan təmizdir,safdır. !Şahin Həsənliin dosty! ,sirdaşı!. Sənin partiyanın üzvləri , Göyçay  rayon şöbəsinin sədri  məhkəmədə mənim üzümə durub,ev, vəzifə aldılar. Mənim  partiyamın  9  milyon  üzvü  var. Hər gün mənə zəng edirlər. Telefonlarını götürüb dərdlərinə şərik oluram. Çünki mən  siyasətdə  Elçibəy tərbiyəsi almışam. Daha inisitutda  oxuyanda  komsomol, sonra "yurd"çu, sonra da yalançı Elçibəyçi olmamışam. 1995  ildə indi EL Hərəkatının lideri , o vaxt  isə Heydər Əliyevin  köməkçisi  Eldar Namazovla  "Qurd  Qapısı" restoranında  yeyib-içib 5 deputat mandatını kim aldı" Qeyd edək ki, Vidadi İsgəndərlinin statusunda xeyli təhqiramiz  ifadələr olduğu üçün yazını redaktə edərək vermişik. Vidadi İsgəndərliylə birlikdə eyni cəzaçəkmə müəssəsində  cəza çəkən keçmiş siyasi məhbus,  AXCP üzvü Şahin Həsənli isə facebookda paylaşdığı statusunda  hüquq müdafiəçisinə cavab yazıb. "Adi bir telefon danışığında yaranan anlaşılmamazlığı qabardıb şişirtmək nə etikaya nə də özünü "prezidentliyə namizəd" görən insana yaraşan hərəkət deyil. Mən dostum Əli Kərimli ilə fəxr edirəm. Hesab edirəm ki, Azərbaycan xalqının xoşbəxt gələcəyi Əli Kərimli ilə bağlıdır. Kimlərsə bu realllığı çoxdan dərk edib, kimlərsə bu gün dərk edir, kimlərsə sabah dərk edəcək".

 

Bizə qoşulun