Medianews.az
Argentinanın Azərbaycana səfiri təyin olundu
256 baxış

Argentinanın Azərbaycana səfiri təyin olundu



Argentina prezidenti Azərbaycana səfir təyin edib. Trend-in Argentina Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən prezident Kristina Fernandez de Kirçner Karlos Dante Rivanın (Carlos Dante Riva) ölkəsinin Azərbaycana fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamı müvafiq qaydalara əsasən xarici işlər və etiqad naziri Hektor Timerman da imzlayıb.

Qeyd eedək ki, Argentina Respublikası Bakıda səfirliyini 2012-ci ilin ortalarında təsis edib və həmin vaxtdan diplomatik nümayəndəliyə müvəqqəti işlər vəkili rəhbərlik edirdi. Carlos Dante Riva Argentinanın Azərbaycanda iqamətgahı Bakıda yerləşən ilk səfiri olacaq.

Bizə qoşulun