Medianews.az
20 yaşlı qatilin şəkli sosial mediada yayıldı -
51 baxış

20 yaşlı qatilin şəkli sosial mediada yayıldı - FOTOLAR

Cənubi Koreyada iki kişinin ölümü və daha bir şəxsin huşsuz vəziyyətdə tapılması ilə bağlı aparılan istintaq çərçivəsində 20 yaşlı qadın saxlanılıb.

Medianews.az xəbər verir ki, hüquq-mühafizə orqanları hadisənin hoteldə baş verdiyini və kişilərin içkilərinə qarışdırılmış maddələr səbəbilə həyatını itirdiyini ehtimal edir.

Xarici mətbuatın yaydığı məlumata görə, şübhəli dindirmə zamanı içkilərə narkotik maddə əlavə etdiyini etiraf edib, lakin ölümlərin baş verəcəyini əvvəlcədən nəzərdə tutmadığını bildirib. O, ifadəsində yalnız özünə qarşı haqsızlıq etdiyini düşündüyü şəxsləri hədəf aldığını deyib.

Polis rəsmi olaraq şəxsiyyət barədə açıqlama verməsə də, sosial mediada bəzi hesablar tərəfindən gənc qadının şəkilləri və şəxsi məlumatları paylaşılıb. Bu paylaşımlardan sonra onun İnstaqram hesabındakı izləyici sayı qısa müddətdə yüksəlib.

Fotoların altında minlərlə şərh yazılıb. Bəzi istifadəçilər qadını müdafiə edən və onun azadlığa buraxılmasını tələb edən fikirlər səsləndiriblər. Digər sosial media istifadəçiləri isə bu cür yanaşmanı sərt tənqid edərək hadisənin ciddiliyinə diqqət çəkiblər.

İstintaq çərçivəsində şübhəlinin telefon yazışmaları və sosial media hesabları da araşdırılıb. Məlumata görə, onun hadisədən əvvəl onlayn platformada həb və spirtli içkilərin birlikdə istifadəsinin təhlükələri barədə axtarış etdiyi müəyyən edilib. Bu sorğunun sistem tərəfindən “yüksək riskli” kateqoriyada qiymətləndirildiyi bildirilir.

Hadisə ilə bağlı istintaq davam edir. Rəsmi qurumlar yekun nəticələrin ekspertiza və məhkəmə araşdırmalarından sonra açıqlanacağını bildiriblər.

Medianews.az

Katilin fotoğrafı yayılınca takipçi sayısı patladı! Yorumlar dehşet verici

Bizə qoşulun