Medianews.az
Xamenei Tehrandan çıxarıldı -
152 baxış

Xamenei Tehrandan çıxarıldı - SON DƏQİQƏ

İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı barədə rəsmi açıqlama yayılıb. İsrailin müdafiə naziri tərəfindən verilən bəyanatda əməliyyatların İranın təhlükə yaradan obyektlərinə qarşı yönəldiyi bildirilib.

Musavat.com xəbər verir ki, hücum xəbərləri fonunda daha bir mühüm məlumat yayılıb. “Reuters” agentliyinin istinad etdiyi rəsmi nümayəndənin açıqlamasına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei hazırda paytaxt Tehranda deyil və təhlükəsizlik məqsədilə daha qorunan bir məkana köçürülüb.

Bu məlumat regionda vəziyyətin nə qədər ciddi olduğunu göstərən mühüm siqnal kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, İsrailin əməliyyatları genişlənərsə, İranın hərbi-strateji obyektləri ilə yanaşı, yüksək səviyyəli idarəetmə mərkəzləri də hədəfə çevrilə bilər.

Eyni zamanda dünya mediasında ABŞ-İsrail koordinasiyalı mümkün genişmiqyaslı əməliyyat ssenariləri müzakirə olunur. Bəzi təhlillərə görə, məqsəd İranın raket və nüvə infrastrukturu ilə yanaşı, ölkənin qərarverici sisteminin zəiflədilməsidir. Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Regionda gərginlik sürətlə artır və qarşıdakı saatlar hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirə bilər.

Bizə qoşulun