Türkiyənin Samsun şəhərinin Atakum rayonunda müəllim olduğu bildirilən F.D.-nin həyat yoldaşı Z.D.-yə iş yerində hücum etməsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Medianews.az xəbər verir ki, hadisənin ötən ilin dekabr ayında Atakum rayonundakı bir mebel mağazasında baş verdiyi bildirilib.
İddialara görə, F.D. həyat yoldaşı Z.D.-nin çalışdığı mağazaya gələrək onunla mübahisə edib.
Mübahisə zamanı F.D.-nin həyat yoldaşına fiziki müdaxilə etdiyi anlar mağazanın təhlükəsizlik kameralarına düşüb. Sonradan ortaya çıxan görüntülər hadisənin təfərrüatlarını əks etdirir.
Mağaza sahibi cütlüyün obyektə ziyan vurduğunu iddia edərək F.D. barəsində şikayət ərizəsi təqdim edib.
Məlumata görə, F.D. və Z.D. hadisə ilə bağlı bir-birlərinə qarşı rəsmi şikayət verməyiblər.
Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Medianews.az