İstanbulda baş verən hadisə ciddi rezonans doğurub.
Medianews.az xəbər verir ki, ayrı yaşadığı həyat yoldaşını başqa kişi ilə birlikdə görən şəxs onu bıçaqlayaraq ağır yaralayıb.
Hadisə dünən saat 17:30 radələrində Sultanqazinin Yunus Emre məhəlləsində qeydə alınıb. Məlumata görə, 46 yaşlı Vahyettin Ç. ayrı yaşadığı həyat yoldaşı Gizem Ç.-ni iddia edilən sevgilisi Barış K. ilə birlikdə evin qarşısında görüb. Bu zaman tərəflər arasında mübahisə yaranıb.
Mübahisə qısa müddətdə davaya çevrilib. Vahyettin Ç. yanında olan bıçaqla 46 yaşlı Barış K.-ya hücum edərək onu baş nahiyəsindən yaralayıb. Ağır yaralanan kişi yerə yıxılıb.
Hadisə yerində olan şəxslər hücum edən şəxsin əlindən bıçağı alıblar. Vahyettin Ç. isə piyada qaçaraq ərazidən uzaqlaşıb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə polis və təcili yardım briqadaları cəlb olunub. Baş nahiyəsindən ağır xəsarət alan Barış K.-ya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. O
Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən Vahyettin Ç.-nin 4, həyat yoldaşı Gizem Ç.-nin 7, ağır yaralanan Barış K.-nın isə 6 cinayət qeydiyyatı mövcuddur.
Polis qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Hadisə ilə bağlı istintaq başlanılıb.
Medianews.az