41 yaşlı ginekoloji onkologiya mütəxəssisi Şule Gül A. xəstəxanada baş verən dərman səhvindən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Medianews.az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu və həyatı üçün təhlükənin davam etdiyi bildirilir.
Məlumata görə, həkim səhhətində yaranan problem səbəbilə xəstəxana aptekindən dərman istəyib. İddialara əsasən, dərman sifariş sistemində iki preparatın adının bir-birinin altında göstərilməsi səbəbilə əzələ gevşetici əvəzinə ümumi anesteziyada istifadə olunan başqa bir dərman təyin edilib.
Bildirilir ki, nə resepti hazırlayan həkim, nə əczaçı, nə də inyeksiyanı tətbiq edən tibb bacısı bu kritik səhvi vaxtında aşkar edib.
Yanlış dərman inyeksiyasından sonra Şule Gül A.-nın vəziyyəti qəfil pisləşib. Dərhal tibbi müdaxilə həyata keçirilib, o, intubasiya olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda müalicəsi intensiv terapiya şəraitində davam etdirilir və vəziyyətinin ağır olaraq qaldığı qeyd olunur.
Hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati araşdırmaya start verildiyi bildirilib. Səhvin hansı mərhələdə və kim tərəfindən edildiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Medianews.az
