Medianews.az
Böyük sərvətə sahib olan məşhur idmançının geyim tərzini
64 baxış

Böyük sərvətə sahib olan məşhur idmançının geyim tərzini gündəm oldu - VİDEO

NBA-nın ən varlı və ən çox qazanan ulduzlarından biri olan Stephen Curry bu dəfə meydandakı performansı ilə deyil, gündəlik həyatdakı sadə geyim tərzi ilə diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, bir çox NBA oyunçusunun ekstravaqant və bahalı brendlərlə gündəmə gəldiyi bir dövrdə Karri daha minimalist seçimlərə üstünlük verir.

Onun gündəlik kombinlərinə idman ayaqqabıları, sadə futbolkalar, sviter və rahat şalvarlar daxildir.

Ulduz basketbolçu lüks və nümayişkaranə geyimlər əvəzinə komfortu və sadəliyi seçməsi ilə fərqlənir.

Sosial şəbəkələrdə yayılan fotolar qısa zamanda minlərlə istifadəçi tərəfindən paylaşılıb. İzləyicilər “Bu qədər sərvətə baxmayaraq, nə qədər təvazökardır” kimi şərhlər yazaraq Karrinin təbii və iddiasız görünüşünü yüksək qiymətləndiriblər.

Karyerası boyu qazandığı uğurlar və maliyyə imkanlarına baxmayaraq, Karri gündəlik həyatında sadə obrazı ilə seçilməyə davam edir.

Medianews.az

Bizə qoşulun