İsrail İrana qabaqlayıcı zərbə endirib.
Bu barədə məlumatı İsrailin Xarici İşlər Nazirliyi açıqlayıb.
Bildirilib ki, Müdafiə Nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib.
“İsrail Dövləti ölkəyə qarşı təhlükəni aradan qaldırmaq məqsədilə İrana qarşı preventiv zərbə endirib. Müdafiə naziri İsrael Kats xüsusi Fərman imzalayıb və həmin Fərmana əsasən İsrail Dövlətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur”, - məlumatda vurğulanıb.