Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan tanınmış aktyor Ufuk Özkan uğurlu qaraciyər nəqli əməliyyatından sonra evə qayıdıb.
Mediaanews.az xəbər verir ki, sənətçi ailəsi ilə birlikdə çəkdirdiyi son fotosunu sosial media hesabında paylaşaraq pərəstişkarlarını sevindirib.
Özkan paylaşımında “Evdəyik. Çünki ən gözəl hekayə ailə ilə yazılır” sözlərini qeyd edib. Fotoda aktyorun sağlam və şən görünməsi izləyicilər tərəfindən böyük məmnunluqla qarşılanıb.
Məlumata görə, aktyor təxminən 8 saat davam edən qaraciyər nəqli əməliyyatı keçirib.
Əməliyyatdan sonra ilk açıqlamasında Özkan ona dəstək olan hər kəsə təşəkkür edib. O bildirib ki, gözlərini açdıqdan bir neçə saat sonra özünü daha yaxşı hiss edib və dua edən hər kəsə minnətdardır.
Bir müddət xəstəxanada nəzarət altında saxlanıldıqdan sonra 50 yaşlı aktyor evə buraxılıb. Müalicəsi və bərpa prosesi ev şəraitində davam edir.
Mediaanews.az
