Medianews.az
Dövlət televiziyasında ŞOK TƏHDİD:
82 baxış

Dövlət televiziyasında ŞOK TƏHDİD: "Pakistan nüvə silahları ilə öyünürsə..." - VİDEO

Pakistan və Əfqanıstan arasında uzun müddətdir artan sərhəd gərginliyi dünən səhər rəsmi olaraq müharibə mərhələsinə keçib.

Medianews.az xəbər verir ki, sərhəd boyunca intensiv bombardmanlar, artilleriya atəşi və piyada toqquşmaları davam edir.

Rəsmi açıqlamalara görə, hər iki tərəf ağır itkilər verib.

Pakistanın informasiya naziri Attaullah Tarar əməliyyatlar nəticəsində Əfqanıstan tərəfində 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin isə yaralandığını açıqlayıb. Əfqanıstan hökuməti isə qarşı tərəfdən 55 Pakistan əsgərinin öldürüldüyünü iddia edib.

Pakistan Müdafiə Nazirliyi bəyan edib ki, “səbr tükənib” və artıq açıq müharibə mərhələsi başlayıb.

Gərginlik fonunda Əfqanıstan dövlət televiziyasında çıxış edən Taliban komandirlərindən biri Pakistana açıq təhdid ünvanlayıb:

“Əgər Pakistan nüvə silahları və raketləri ilə öyünürsə, bizim də intiharçı batalyonlarımız var”.

Bu açıqlama beynəlxalq səviyyədə narahatlıq doğurub və münaqişənin yalnız hərbi deyil, ritorik müstəvidə də təhlükəli mərhələyə keçdiyini göstərib.

Ekspertlər nüvə silahına malik Pakistanla Talibanın idarə etdiyi Əfqanıstan arasında açıq müharibənin regional sabitliyi ciddi şəkildə təhdid etdiyini bildirirlər. Xüsusilə, Pakistan tərəfi Əfqanıstanı TTP kimi silahlı qruplara qarşı yetərli tədbir görməməkdə ittiham edir.

Birləşmiş Millətlər Təşkilatı və bir sıra qonşu ölkələr tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırıblar. Bununla belə, indiyədək rəsmi atəşkəs və ya danışıqlar istiqamətində konkret addım açıqlanmayıb.

Hazırda sərhəd bölgəsində hərbi əməliyyatlar davam edir və vəziyyət qeyri-müəyyən olaraq qalır.

Medianews.az

Bizə qoşulun