Portuqaliyanın Madeira adasında faciəvi hadisə baş verib. Mein Schiff 7 kruiz gəmisində 2 yaşlı oğlan uşağı bir neçə metrlik hündürlükdən yıxılıb.
Medianews.az xəbər verir ki, uşağa dərhal tibbi yardım göstərilib və helikopterlə xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.
Madeira liman administrasiyası insidentlə bağlı fövqəladə yardım sisteminin işə salındığını təsdiqləyib. Uşağın vətəndaşlığı açıqlanmır. Hazırda gəmi limanda qalır və hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az