Medianews.az
15 il sonra Ramazanda bunu edə bildilər -
100 baxış

15 il sonra Ramazanda bunu edə bildilər - FOTOLAR

Suriyada 15 illik fasilədən sonra iftar vaxtı “Ramazan topu” səsləndirilib.

Qafqazinfo xəbər verir ki, tədbir paytaxt Şam şəhərində Suriya Ordusu bölmələrinin iştirakı ilə təşkil olunub. 

Bildirilib ki, bunun məqsədi ölkədə Ramazan ayına xas ənənələrdən birini yenidən canlandırmaqdır. 

“Ramazan topu” ənənəsi əsasən ərəb və İslam ölkələrində iftar vaxtının elan edilməsi üçün tətbiq olunur.

Qeyd edək ki, Suriyada bu tədbirin icrası 2011-ci ildə başlayan vətəndaş müharibəsi dövründə təhlükəsizlik səbəbləri və silah istifadəsinə qoyulan məhdudiyyətlər səbəbindən dayandırılmışdı.







Bizə qoşulun