Hindistanda Konstitusiya Məhkəməsi 13 ildir vegetativ vəziyyətdə olan 31 yaşlı Hariş Rananın işi ilə bağlı presedent qərar qəbul edib. Məhkəmə ailəsinin müraciəti əsasında xəstə üçün ilk dəfə passiv evtanaziyaya icazə verib.
Medianews.az xəbər verir ki, bununla bağlı “Hindistan Tayms” məlumat yayıb.
Məlumatına görə, qərara əsasən, Rananın həyatını süni şəkildə uzadan tibbi dəstəyin dayandırılması xəstənin maraqlarına uyğun hesab edilib.
Məhkəmə qərarında vurğulanıb ki, müalicənin dayandırılması xəstəni tərk etmək demək deyil. Bildirilib ki, bu addım ölümü seçmək deyil, həyatın süni üsullarla uzadılmamasıdır və proses humanist şəkildə həyata keçirilməlidir.
Harish Rana 2013-cü ildə binanın dördüncü mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb və həmin vaxtdan bəri tam reaksiyasız vəziyyətdə qalır.
Qeyd edək ki, passiv evtanaziya sağalma ümidi olmayan və ya müalicəsi mümkün sayılmayan xəstələrdə həyat dəstəyi verən müalicənin dayandırılması anlamına gəlir.
Medianews.az