Həkim-nefroloq Darya Sadovskaya yağsızlaşdırılmış (0% yağlı) süd məhsullarının insan orqanizmi üçün faydalı xüsusiyyətlər baxımından adi məhsullardan geri qaldığını bildirib və bu növ qidaların mənfi tərəflərini açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, istehsalçılar yağsız məhsulların dadını yaxşılaşdırmaq üçün onların tərkibinə tez-tez yüksək miqdarda şəkər və aromatizatorlar əlavə edirlər. Alıcılar isə bu amili nəzərə almayaraq, üzərində "sıfır faiz yağlılıq" yazılan məhsulların bədən quruluşu üçün tamamilə təhlükəsiz olduğunu düşünürlər.
Həkim həmçinin xəbərdarlıq edib ki, məhsulda yağın olmaması toxluq hissinə birbaşa təsir edir: "Yağsız və şirin bir yoqurt yedikdən cəmi bir saat-yarım sonra aclıq hissi yenidən qayıda bilər."
Sadovskaya əlavə edib ki, süd yağının tərkibində 400-dən çox müxtəlif yağ turşusu var və o, tərəvəzlərdəki faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsinə kömək edir.
Medianews.az