Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya həbs oluna bilər.
Bunu “Qazeta.Ru”ya açıqlamasında Ukrayna Ali Radasının keçmiş deputatı Vladimir Oleynik deyib.
Onun sözlərinə görə, Yelena Zelenskaya 4 milyon dollar vəsaitin mənbəyini izah edə bilməsə, hüquqi problemlərlə üzləşə və hətta məsuliyyətə cəlb oluna bilər.
Oleynik bildirib ki, sözügedən vəsait Zelenskinin yaxın çevrəsindən Timur Mindiç tərəfindən “cib xərcləri” kimi verildiyi iddia olunur. O həmçinin iddia edib ki, həmin pulların bir hissəsi Misirdə ev alınması üçün istifadə edilib.
Sabiq deputat qeyd edib ki, vəsaitlərin qanuni mənbəyi sübut olunmasa, Zelenskayaya korrupsiya ittihamları irəli sürülə bilər./publik.az