Medianews.az
Zelenski Rusiyanın itkilərini
98 baxış

Zelenski Rusiyanın itkilərini açıqladı

2026-cı ilin əvvəlindən bəri Rusiyanın cəbhədəki itkiləri 145 min nəfər təşkil edir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin baş komandanı (Aleksandr Sırski) ilə cəbhədəki fəaliyyəti ətraflı müzakirə etdik. 2026-cı ilin əvvəlindən bəri Rusiyanın cəbhədəki itkiləri 145 mindən çoxdur. Təxminən 86 min nəfər ölüb, azı 59 min nəfər ağır yaralanıb və 800-dən çox rus hərbçisi əsir götürülüb”, – Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna ordusu Sumı vilayətinin sərhəd ərazilərində qarşıya qoyulmuş məqsədlərə çatır: “İşğalçıların digər istiqamətlərdəki personalını və texnikasını məhv etməyə davam edirik”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya 2022-ci il fevralın 24-də müharibənin başlamasından bəri 1 353 860 hərbçi itirib.//Bakues.az 

Bizə qoşulun