Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşməkdən imtina etdiyi üçün ABŞ prezidenti Donald Trampın qarşısında özünə haqq qazandırmağa çalışıb.
Medianews.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampa müraciət edən siyasətçi deyib: “Mən istənilən görüşə hazıram, amma Rusiyada yox. İstənilən görüş üçün - ikitərəfli və ya üçtərəfli. İştirak etsəniz şad olarıq”.
Trampla Zelenski arasında söhbətin dəqiq nə vaxt baş verdiyi deyilmir.
Medianews.az