Medianews.az
Zelenski ona velosiped
109 baxış

Zelenski ona velosiped hədiyyə edibmiş

Rusiyalı məşhur şoumen Mixail Şaç bildirib ki, illər öncə Ukrayna prezidenti Volodimir Zelenski ona velosiped hədiyyə edib.

Medianews.az xəbər verir ki, hadisə 2015-ci ildə Kiyevdə baş verib.

Şaç xatırladaraq bildirib ki, Zelenski ilə sonuncu dəfə "Kvartal 95" studiyasının komediya layihəsi zamanı görüşüb. "Onlar mənim uşaqlıq travmamı aşkar etdilər...Valideynlərim mənə 68 rubla "Kama" qatlanan velosiped almaqdan imtina etdilər. Hər halda, onlar bunu öyrəndilər... Volodimir (Zelenski) mənə "Kama" qatlanan velosiped hədiyyə etdi”, - o deyib. 

Şoumen əlavə edib ki, verilişin çəkilişinin aparıldığı ərazidə hədiyyə edilmiş velosipedlə dərhal iki dövrə vurub. O, bu anı zarafatla yadda qalan bir epizod kimi xatırlayır.

Medianews.az

Bizə qoşulun