Avropa Birliyinin Qrenlandiya ətrafındakı vəziyyətə diqqəti Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosa səfərini ləğv etməsinə səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə "Politico"nun adının çəkilməsini istəməyən bir Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, Avropa liderləri Donald Trampı Qrenlandiyanı əldə etmək ambisiyalarından əl çəkməyə inandırmağa çalışarkən, Ukrayna getdikcə arxa plana keçir.
Mənbənin sözlərinə görə, məhz bu fakt Zelenskinin İsveçrəyə səfərinin ləğvinə səbəb olub.
Medianews.az