Rusiya Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı “nüvə Holokostu” ifadəsini kəskin tənqid edib.
Medianews.az xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova bu cür bəyanatların tamamilə yolverilməz olduğunu bildirib.
Diplomat qeyd edib ki, tarixi faciələri siyasi məqsədlər üçün təhrif etmək olmaz. O, həmçinin Netanyahunun İranın “Buşer” atom elektrik stansiyasını konsentrasiya düşərgələri ilə müqayisə etməsini tamamilə qəbuledilməz adlandırıb.
Medianews.az