Medianews.az
“Yuventus”dan Barış Alper bombası –
157 baxış

“Yuventus”dan Barış Alper bombası – təklif gözlənilir

Çempionlar Liqasında “Qalatasaray”ın “Yuventus” üzərində 5:2 hesablı qələbəsindən sonra sürpriz transfer iddiası ortaya çıxıb.

Medianews.az xəbər verir ki, sərgilədiyi enerjili və fiziki baxımdan üstün oyunu ilə diqqət çəkən Barış Alper Yılmaz İtaliya klubunun maraq dairəsinə düşüb.

 “Yuventus”un strategiyası direktoru Corco Kyellini futbolçu haqqında müsbət fikirlər səsləndirib və mövsümün sonunda şərtlər uyğun olarsa, rəsmi təklifin mümkün ola biləcəyini bildirib.

Bu mövsüm 33 oyunda forma geyinən 24 yaşlı futbolçu 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Transferlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun