Medianews.az
Yeni mövsümə kim haradan başlayır?
187 baxış

Yeni mövsümə kim haradan başlayır?

UEFA klub turnirlərinin 2026-2027 mövsümündə Çempionlar Liqasına 82, Avropa Liqasına 45, Konfrans Liqasına 111 komanda buraxmağı nəzərdə tutur.

Medianews.az bildirir ki, hər üç turnirdə dörd təsnifat mərhələsi var. Reqlamentə görə, Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçür, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayır, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır.

Azərbaycanı mövsümdə 4 komanda təmsil edəcək. “Sabah” Çempionlar Liqasına birinci mərhələdən (7-15 iyul), “Qarabağ” Avropa Liqasına birinci mərhələdən (9-16 iyul), “Neftçi” Konfrans Liqasına birinci mərhələdən (9-16 iyul), “Turan Tovuz” ikinci mərhələdən (23-30 iyul) başlayacaq.

Medianews.az 

Bizə qoşulun