Medianews.az
Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair “İstəklilər koalisiyası”nın bəyannamə layihəsi dərc edilib
128 baxış

Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair “İstəklilər koalisiyası”nın bəyannamə layihəsi dərc edilib

Parisdə keçirilən “İstəyənlər koalisiyası” sammitinin bəyannamə layihəsinin ilkin versiyası yayımlanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası sammitin ilkin sənədinə istinadla məlumat yayıb.

Bəyannamə layihəsində ABŞ-ın müəyyən öhdəlikləri əks olunub. Belə ki, Rusiya tərəfindən mümkün hücum baş verərsə, ABŞ koalisiyanın Avropa qüvvələrinə dəstək göstərə bilər.

Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınması nəzərdə tutulur. Bu sistem beş əsas komponenti əhatə edir:

– ABŞ-ın rəhbərliyi ilə atəşkəsin monitorinqi və verifikasiyasında iştirak;
– Ukrayna ordusuna dəstək;
– Ukrayna üçün çoxtərəfli beynəlxalq qüvvələrin yaradılması;
– mümkün gələcək hücum halında öhdəliklər;
– Ukrayna ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi.

Layihəyə əsasən, atəşkəsin monitorinqi Qərb tərəfdaşları və “İstəklilər koalisiyası” ölkələrinin iştirakı ilə həyata keçiriləcək.

Eyni zamanda mümkün pozuntulara cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır.

Bizə qoşulun