Medianews.az
Yatmazdan əvvəl çay içmək olmazmış
114 baxış

Yatmazdan əvvəl çay içmək olmazmış

Yuxusuzluqdan əziyyət çəkənlər üçün dərman istifadə etmədən dincəlməyin yolları açıqlanıb. Rusiyalı somnoloq Maksim Novikov gecə rahat yatmaq üçün gündüz yuxusundan imtina etməyi məsləhət görür.

Demokrat.az xəbər verir ki, Somnoloqun sözlərinə görə gündüz qısamüddətli istirahət belə gecə yuxuya getməyi çətinləşdirir:

"Yataq otağında düzgün şəraitin qurulması əsas şərtdir. Axşam saatlarında otağı havalandırmaq, tam qaranlıq və səssizlik təmin etmək lazımdır. Elektron cihazlardan gələn işıq yuxu hormonu olan melatonin ifrazını pozur. Bu səbəbdən yatmazdan əvvəl telefon və planşetlərdən uzaq durmaq tövsiyə olunur".

Həyat tərzində edilən kiçik dəyişikliklər yuxu keyfiyyətinə birbaşa təsir edir. Hər gün eyni vaxtda yatıb eyni vaxtda oyanmaq bədənin daxili saatını tənzimləyir. Yoqa, tənəffüs məşqləri və meditasiya sinir sistemini sakitləşdirir.

Ekspert bildirib ki, idmanla məşğul olmaq faydalıdır, lakin ağır məşqləri axşama saxlamamaq daha yaxşıdır.

"Axşam saatlarında çay və qəhvə yerinə bitki dəmləmələrinə üstünlük verilməlidir. Çobanyastığı, ballınanə və nanə çayları təbii sakitləşdirici təsirə malikdir. Bu bitkilər orqanizmin gərginliyini azaldır və dərin yuxuya keçidi asanlaşdırır".

Bizə qoşulun