Medianews.az
Qadınlar arasında 17 min manatlıq bu əməliyyat növünə maraq yaranıb
83 baxış

Qadınlar arasında 17 min manatlıq bu əməliyyat növünə maraq yaranıb

ABŞ-nin varlı təbəqəsi arasında yeni və qeyri-adi estetik trend yayılmağa başlayıb. Nyu-York və Los-Ancelesin imkanlı sakinləri bədən formalarını düzəltmək üçün meyit piyindən hazırlanan preparatlara üz tuturlar.

Demokrat.az xəbər verir ki, "AlloClae" adlı bu yeni maddə ölmüş insanların piylərindən hazırlanır. İstehsalçı şirkət materialı xüsusi toxuma banklarından alır. Maddə təmizlənir və DNT-dən arındırılaraq inyeksiya formasına salınır. Prosedur cəmi 40 dəqiqə çəkir və pasiyentlər dərhal işə qayıda bilirlər. Bu üsul xüsusilə vaxtı məhdud olan rəhbər şəxslər və iş adamları üçün cəlbedici görünür. Bəzi pasiyentlər prosesi "təkrar emal" adlandıraraq qorxulu olmadığını düşünürlər.

Estetik müdaxilənin qiyməti heç də ucuz deyil. Bir prosedur üçün 10 min dollardan 100 min dollara qədər vəsait tələb olunur. Pasiyentlər bu xərci lüks aksesuarlara edilən investisiya ilə müqayisə edirlər. Arıqlama dərmanlarından istifadə edən və bədənində öz piyi qalmayan şəxslər bu üsula daha çox maraq göstərirlər. Kişilər arasında da çiyin və sinə nahiyəsini doldurmaq üçün bu metoda tələbat artıb.

Tibbi mütəxəssislər isə trendə ehtiyatla yanaşırlar. Preparat rəsmi klinik sınaqlardan keçməyib. Uzunmüddətli fəsadlar hələ məlum deyil. Cərrahlar meyit piyinin bir neçə ildən sonra bədəndə necə reaksiya verəcəyini proqnozlaşdıra bilmirlər. Maddənin süd vəzisi toxumasına yeridilməsi gələcəkdə xərçəng diaqnostikasını çətinləşdirə bilər. Sintetik dolğulardan fərqli olaraq bu maddəni bədəndən asanlıqla çıxarmaq mümkün görünmür.

Bizə qoşulun