Medianews.az
Müharibə qiymətləri –
129 baxış

Müharibə qiymətləri – Fantastik rəqəmlər

“Biznes təyyarəsi üçün onlayn sifariş platforması olan GetJet-in məlumatına görə, Omandan Moskvaya uçuşun qiyməti bir yer üçün 20 min avroya çatıb. Bu, 2 martda yola düşən RA-64053 çarter reysi ilə uçan Tu-204 təyyarəsindəki bir yerin qiymətidir”. Bunu Medianews.az-a iqtisadçı ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, həmin təyyarənin dövlətə məxsus "Roskosmos"un strukturuna daxil olan Kosmonavt Təlim Mərkəzinin balansında olduğu aydınlaşıb: “Oradan isə Rusiyanın RBK kanalına bildiriblər ki, onlara məxsus biznes-jet rəsmi məqsədlər üçün istifadə edilmədikdə kommersiya məqsədli icarəyə verilir.

Birləşmiş Ərəb Əmirliklərində hazırda 50 minə yaxın Rusiya vətəndaşının olduğu bildirilir. Təkcə fevralın 28-də 8 min adam Körfəz ölkələrinin səması uçuşlar üçün bağlandığından Rusiyaya gələ bilməyib. Martın 1-də onların sayı 2 dəfə artıb.

Dubaydan Omana taksi qiymətləri kəskin artıb və 1500 dirhəmə (408 dollar) çatıb”.

Medianews.az

Bizə qoşulun