Medianews.az
Yaponiyada qar fəlakəti -
66 baxış

Yaponiyada qar fəlakəti - Ölənlərin sayı 35 nəfərə çatdı

Yaponiyanın şimalında və Yapon dənizi sahillərində yağan güclü qar nəticəsində azı 35 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə TBS telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında qar təmizləyərkən yıxılan, uçmuş evinin dağıntıları altında qalanlar da var.

Qeyd olunur ki, bəzi ərazilərdə hakimiyyət orqanları yolları təmizləməkdə çətinlik çəkir və böyük tıxaclar yaranıb.

Bəzi ərazilərdə orta məktəblər ardıcıl üç gündür bağlıdır.

Yaponiyanın Xonsyu adasının şimalında yerləşən Aomori prefekturasında ordu bölmələri yolları qardan təmizləmək üçün səfərbər edilib.

Xatırladaq ki, daha əvvəl ölkədə güclü qar yağması səbəbindən 28 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Bizə qoşulun