Feysbuk (Facebook) şəbəkəsinin yaranmasından 22 il ötür.
Medianews.az bildirir ki, feysbuk 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb.
Şəbəkəni ABŞ-nin Harvard Universitetinin tələbəsi Mark Zukerberq otaq yoldaşları Eduardo Saver, Dastin Moskovits və Kris Hyus ilə birlikdə qurub.
Əvvəlcə yalnız Harvard tələbələri üçün nəzərdə tutulan feysbuk sürətlə digər universitetlər, 2006-cı ildən isə 13 yaşdan yuxarı hər kəs üçün açıq şəbəkəyə çevrilib.
Şəbəkənin adı əvvəlcə "Thefacebook" olub. 2005-ci ildə "the" hissəsi çıxarılıb, "Facebook" qalıb.
2004-cü ilin sonunda 500 min dollar investisiya alan "Facebook" şirkəti 2005-ci ildə bir neçə milyon dollarlıq investisiyalarla inkişafını sürətləndirib.
2021-ci ildə şirkətin adı dəyişərək “Meta” olub.
Hazırda “Meta”ya məxsus olan feysbuk dünyanın ən böyük sosial media platformalarındandır.
“Meta” şirkətinin indiki bazar dəyəri 1 trilyon 500 milyard dollardan artıq qiymətləndirilir.