Medianews.az
Nə qədər ki, Zelenski var, sülh olmayacaq:
61 baxış

Nə qədər ki, Zelenski var, sülh olmayacaq: Qalan kişilər də...

Rusiya ordusunun son zərbəsi Ukraynanın çarəsizliyini üzə çıxardı.

Publika.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş köməkçisi Oleq Soskin bildirib.

"Çarəsizlik görürük. İndiyə qədər müdafiə nazirinin heç bir faydası olmayıb. Sadəcə söhbətlər, söhbətlər, vəssalam", - deyə o, təəssüflə bildirib.

Politoloqun sözlərinə görə, ölkə rəhbərliyinin baş verənlərə niyə reaksiya verə bilməməsi hələ də aydın deyil. Soskin Ukraynada Vladimir Zelenskinin hakimiyyəti dövründə sülhün olmayacağı fikrini bildirib. Hər şey "qalan kişilərin də bu ətçəkən maşına atılmasına" işarə edir.

Xatırladaq ki, fevralın 3-də gecə Rusiya Ukraynanın enerji sektoruna zərbə endirib. Rusiya Müdafiə Nazirliyi hücumda uzaq mənzilli, quru və hava əsaslı dəqiq silahlardan və dronlardan istifadə edildiyini bildirib.

Bizə qoşulun