Medianews.az
Müğənni ilan sancmasından
56 baxış

Müğənni ilan sancmasından vəfat etdi - FOTO

Nigeriyalı 26 yaşlı müğənni İfunani Nvangene ilan sancmasından vəfat edib.

Medianews.az xəbər verir ki, müğənni yatarkən zəhərli ilan onu sancıb.

Ağrıdan oyanan müğənni ən yaxın klinikaya gedib. Orada lazımi antidotlar olmadığı üçün Nvangene başqa bir xəstəxanaya üz tutub. Həmin xəstəxanada da lazımi dərmanlar tapılmayıb.

Nvangenenin vəziyyəti kəskin şəkildə pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Nvangene Nigeriyada yüksələn bir ulduz idi. O, 2021-ci ildə "Səs" şousu sayəsində şöhrət qazandı. O, ilk solo konsertini 2026-cı ildə keçirməyi planlaşdırırdı.

Medianews.az

Bizə qoşulun