Medianews.az
Günəşdə ard-arda dörd güclü
55 baxış

Günəşdə ard-arda dörd güclü partlayış baş verib

Son günlər Günəşdə ardıcıl olaraq dörd güclü partlayış qeydə alınıb. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnoz Mərkəzi bu partlayışların Yerə təsirinin yaxın günlərdə hiss oluna biləcəyini açıqlayıb.

Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, ilk partlayış fevralın 1-də ilə saat 12:33-də X1.0 gücündə baş verib. Təxminən 11 saat sonra isə X8.1 gücündə daha güclü partlayış qeydə alınıb. Fevralın 2-də isə X2.8 və X1.6 gücündə daha iki partlayış müşahidə olunub.

X sinifinə aid olan bu partlayışlar Günəşdə baş verən ən güclü hadisələr hesab olunur. X8.1 gücündəki partlayış 2024-cü ilin oktyabrından bəri qeydə alınan ən güclü hadisə olmaqla yanaşı, müşahidə tarixində ən güclü 19-cu Günəş partlayışı kimi qeydiyyata alınıb.

Partlayışların Günəş səthində yeni yaranmış və "RGN 4366" adlandırılan ləkə qrupundan qaynaqlandığı bildirilir. Bu bölgənin Yerə tərəf yönəlməsi koronal kütlə atımı ehtimalını artırır.

Mütəxəssislər bildirirlər ki, bu cür hadisələr qütb işıqlarının yaranmasına səbəb ola, eyni zamanda peyklər, elektrik şəbəkələri və rabitə sistemlərində müvəqqəti nasazlıqlar yarada bilər.

Bizə qoşulun