Medianews.az
"Arsenal"ın oyunu təxirə
47 baxış

"Arsenal"ın oyunu təxirə salınacaq

"Arsenal" klubunun İngiltərə Premyer Liqasındakı oyunu təxirə salınacaq.

Oxu.Az xəbər verir ki, buna London təmsilçisinin İngiltərə Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

Liqa Kubokunun final qarşılaşmasının martın 22-də baş tutacağına görə, martın 21-də keçirilməsi nəzərdə tutulan XXXI turun "Vulverhempton" - "Arsenal" matçı təxirə salınıb.

Qeyd edək ki, bu gün keçirilən "Mançester Siti" - "Nyukasl Yunayted" görüşündən sonra "Arsenal"ın finaldakı rəqibi bəlli olacaq.

Bizə qoşulun