Medianews.az
m10-da bütün əməliyyatlar tam bərpa olunub
104 baxış

m10-da bütün əməliyyatlar tam bərpa olunub

m10 platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir. Daim stabil və etibarlı xidmət göstərməyə, istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib.

Medianews.az report-a istinadən xəbər verir ki, fevralın 3-də m10 platformasında xarici mənşəli "merchant"lardan bəzi istifadəçi hesablarına iri məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.

Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd olunan səbəblə əlaqədar m10 tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub.

Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.

İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik.

***10:40

Ölkədə bir sıra ödəniş sistemlərinin işində problem yaranıb.

BAKU.WS xəbər verir ki, istifadəçilər ödəniş və köçürmələr zamanı problemlərlə üzləşdiklərini bildirirlər.

Məlumata görə, problem m10, Kapital Bank və digər elektron ödəniş platformalarını da əhatə edir.

Məsələ ilə bağlı m10-dan BAKU.WS-ə bildirilib ki, hazırda sistem üzrə təkmilləşdirmə işləri həyata keçirilir. Yaxın zamanda problem öz həllini tapacaq.

Bizə qoşulun