Hazırda Nazirlər Kabinetinin üzvləri arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzv olanlarla yanaşı, olmayanlar da var. Əvvəlkilərə nisbətən, IX hökumətdə yer alan nazir, Dövlət Komitəsi sədri və Dövlət Xidməti rəislərinin içərisində YAP üzvü olanlar çox deyil.
“Yeni Sabah” mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin siyasi mənsubiyyəti ilə bağlı apaşdırma aparıb.
Araşdırma zamanı rəhbər şəxslərin dövlət qurumlarının rəsmi saytlarında yerləşdirilən tərcümüyi-halı və digər açıq mənbələrdəki informasiyalardan istifadə olunub.

YAP üzvü olanlar:
Baş nazir Əli Əsədov;
Baş nazirin birinci müavini Yaqub Eyyubov;
Baş nazirin müavini Şahin Mustafayev;
Maliyyə naziri Sahil Babayev;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov;
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov.

YAP üzvü olmayanlar:
Baş nazirin müavini Samir Şərifov;
Elm və təhsil naziri Emin Əmrullayev;
Energetika naziri Pərviz Şahbazov;
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev;
Gənclər və idman naziri Fərid Qayıov;
İqtisadiyyat naziri Mikayıl Cabbarov;
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov;
Mədəniyyət naziri Adil Kərimli;
Müdafiə sənayesi naziri Vüqar Mustafayev;
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev;
Səhiyyə naziri Teymur Musayev;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev;
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov;
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev;
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli;
Milli Arxiv İdarəsinin rəisi - Əsgər Rəsulov.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, məhkəmə hakimləri, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq, ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.
Bu səbəbdən, Müdafiə, Ədliyyə, Daxili İşlər, Xarici İşlər, Fövqəladə hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, prokurorluq, gömrük, miqrasiya qurumlarının rəhbərləri siyahıda yer almayıb.