2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Hesabatı Dövlət Statistika Komitəsi yayıb.
Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi başqa qeyri-ərzaq mallarının payına düşüb.