Medianews.az
Yağışlı havalarda baş verən qəzaların
69 baxış

Yağışlı havalarda baş verən qəzaların GÖRÜNTÜLƏRİ

Düzgün ara məsafəsinin saxlanılmaması və sürət qəzalara səbəb olub.

Medianews.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yağışlı havalarda qəza riski daha çox artır: “Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün əvvəlcədən deyildiyi kimi qaydalara əməl edilməlidir. Təəssüflər olsun ki, yağmurlu havalarda bəzi sürücülərin qaydalara əməl etməməsi səbəbindən paytaxt yollarında qəzalar baş verir. Xüsusilə də yük avtomobillərinin iştirakı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir.

Bu cür havalarda yollarda sürət aşağı düşdüyündən baş verən qəzaların və texniki nasaz avtomobillərin yolda qalması da yaranan nəqliyyat sıxlığının müddətinin artmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidirlər”.

Bizə qoşulun