Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Qeyd edək ki, keçən ilin avqust ayında da həmin Mərkəzdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın "Dost Mərkəzi"ndə deyil açıq ərazidə baş verib:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirlir"./milli.az