Kolumbiyalı dünya şöhrətli müğənni Shakira FIFA Dünya Kuboku tarixində yeni rekorda imza atıb.
Medianews.az xəbər verir ki, Dünya Kubokunun açılış mərasimində səhnəyə çıxan Şakira möhtəşəm performansı ilə milyonlarla tamaşaçının diqqətini cəlb edib.
Latın musiqisinin məşhur ulduzu enerjili rəqsləri və hit mahnıları ilə mərasimin ən yaddaqalan simalarından biri olub.
Şakiranın bu çıxışı onun Dünya Kuboku açılış mərasimlərində beşinci səhnə performansı kimi tarixə düşüb. Bununla da o, FIFA Dünya Kuboku tarixində beş fərqli turnirin açılış mərasimində çıxış edən ilk sənətçi olub.
Müğənni daha əvvəl Almaniyada keçirilən 2006-cı il Dünya Kubokunda, Cənubi Afrikadakı 2010-cu il turnirində, Braziliyada təşkil olunan 2014-cü il Dünya Kubokunda və sonrakı yarışlarda da səhnə almışdı.
Futbol və musiqinin ən möhtəşəm tədbirlərindən biri hesab olunan Dünya Kubokunun açılışında yenidən çıxış edən Şakira, bu uğuru ilə adını bir daha turnirin tarixinə yazdırıb.
Musiqi və futbolu bir araya gətirən performansı ilə böyük maraq doğuran sənətçi, Dünya Kubokunun simvolik adlarından biri kimi qiymətləndirilir.
Medianews.az