Qazaxıstan sahillərində Xəzər dənizinin orta səviyyəsi 2025-ci ilin sentyabrına olan göstəriciyə görə mənfi 29,31 metrədək enib. Dəniz səthinin sahəsi isə son 18 ildə 36 min kvadratkilometr azalıb.
Medianews.az xəbər verir ki, bu barədə “Kazidromet” məlumat yayıb.
Məlumatda bildirilir ki, Xəzər dənizinin şimal-şərq hissəsində səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metrə çatıb.
Ötən illə müqayisədə azalma şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr olub.
Qazaxıstanın sahilboyu zonasında dəniz xəttinin geri çəkilməsi bəzi yerlərdə 30-35 kilometrə çatıb ki, bu da Xəzər ekosisteminin deqradasiyasının sürətlənməsini təsdiqləyir və alimlərin uzunmüddətli iqlim və iqtisadi nəticələrlə bağlı narahatlığını artırır.