Türkiyənin Ədliyyə Naziri bölgədə artan gərginlik və Ankaranın artan roluna dair diqqətçəkən açıqlama verib.
Medianews.az xəbər verir ki, Türkiyənin Ədliyyə Naziri Akın Gürlek bildirib ki, Türkiyə artıq regionda “oyun quran güc”ə çevrilib və mövcud geosiyasi şərait ölkənin yeni mərhələyə keçidini zəruri edir.
Nazirin sözlərinə görə, Türkiyənin ətrafı sözün əsl mənasında “barıt çəlləyi”ni xatırladır:
“Türkiyə hazırda bölgənin gücüdür. Görürsünüz, ətrafımız ‘barıt çəlləyi’dir. İraqda, Suriyada nələr baş verir? Türkiyə artıq oyun quran gücə çevrilib. Artıq bu köynək bizə dar gəlir. İnşallah, yeni konstitusiya ilə də bu prosesi taclandıracağıq.”
Açıqlama rəsmi Ankaranın son illərdə Yaxın Şərqdə və regionda artan təsiri fonunda xüsusi diqqət çəkir. İraq və Suriyada davam edən proseslər, təhlükəsizlik məsələləri və yeni geosiyasi düzən müzakirələri Türkiyənin rolunu daha da ön plana çıxarır.
Nazirin “yeni konstitusiya” ilə bağlı vurğusu isə ölkə daxilində siyasi-hüquqi islahatların regional ambisiyalarla paralel aparılacağını göstərir.