Boliviya Hərbi Hava Qüvvələrinə məxsus “Cessna FAB-409” təyyarəsi qəzaya uğrayıb, 6 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, bu barədə Boliviya mediası məlumat yayıb.
Məlumata görə, təyyarə El Alto şəhərindən Koçabambaya uçurmuş:
“Təyyarədəki bütün insanlar - iki heyət üzvü və dörd mülki şəxs həlak olub. Təyyarə And dağlarının ucqar bir dağlıq bölgəsində tapılıb. Təyyarə xərçəng xəstəsi olan uşaqların müalicə mərkəzlərinə daşınması üçün istifadə olunur”.\ Axar.az